"Ümid" partiyası Prezident İlham Əliyevin 19 mart tarixli  Sərəncamı ilə  yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait ödəməyi qərara alıb.

Unikal.org  xəbər verir ki, bu barədə partiyanın bu gün keçirilən iclasında qərar qəbul olunub.

Bildirilib ki, müasir dünyanın başı üzərini almış böyük və ciddi təhlükənin Azərbaycana təsirinin azaldılması dövlətin bu sahədə apardığı profilaktik tədbirlərə hamının dəstək olmasından birbaşa asılıdır.

Qeyd olunub ki, xalqımızın və ölkəmizin bu qorxulu bəladan xilas olmasına hər kəs öz töhvəsini verməlidir.