Son 24 saat ərzində yeni növ koronavirus epidemiyasında 426 insanın öldüyü İspaniyada virus öz təsirini göstərməkdə davam edir. 

Unikal.org xəbər verir ki, baş nazirin müavini Carmen Calvo xəstəxanaya qaldırılıb. Həkimlər xanım müavində koronavirusun əlamətlərini aşkar ediblər. Carmen Calvo karantin altına alınıb. 

Qeyd edək ki, İspaniyada koronavirusdan ölənlərin sayının 2182,  yoluxanların sayı isə 3380 olduğunu açıqlanıb.