Çindən başlayaraq bütün dünyaya təsir göstərən koronavirus epidemiyasına yoluxanların sayı 338 min 879-a, ölənlərin sayı isə 14 mini ötüb. 

Unikal.org xəbər verir ki, dünyanı həm iqtisadi, həm də sosial böhran vəziyyətinə gətirən epidemiya ilə bağlı qəribə görüntülər insanları hiddətləndirib.

Belə ki, İngiltərədən gələn görüntülər hər kəsin diqqət mərkəzində olub. Gənc adamın bir marketə daxil olaraq “koronavirusdan qorxan kimdir?” deyərək bütün dezodorantları yalayıb. Şəxsin bu hərəkəti böyük reaksiyaya səbəb olub. 

Qeyd edək ki, İngiltərədə koronavirusdan 281 nəfər həyatını itirib.