ABŞ-da 26,7 mindən çox koronavirusa yoluxma qeydə alınıb. Ən azı 340 nəfər virusda ölüb.

Unikal.org TASS-a istinadən xəbər verir ki, bu barədə Federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablamalar aparan “Johns Hopkins” Universitetinin məlumatında bildirilib.

Qeyd edilib ki, ABŞ-da bütün yoluxma hallarının demək olar ki, yarısı - 12 mindən çoxu Nyu-York ştatındadır. Sonrakı yerlərdə Vaşinqton və Kaliforniya ştatlarıdır.