Türkiyədə karantin tələblərini pozan cütlük polis tərəfindən cərimə olunub.

Unikal.org xəbər verir ki, Konyanın Beyşehir mahalında Almaniyadan gələn cütlük 14 gün ərzində karantin qaydalarına riayət etmədikləri üçün polis tərəfindən 6 min 300 lirə cərimələniblər. 

Belə ki, Almaniyadan 9 gün əvvəl Konyanın Beyşehir mahalına gələn N.Ö. və R.Ö. hava limanında onları xəbərdar etməsinə baxmayaraq, cütlük 14 günlük qaydaya əməl etmədən alış-verişə gediblər.

Polis işçiləri 2 gün əvvəl N.Ö. ilə R.Ö-yü alver edərkən saxlayıb. Qaydalara əməl etməyən cütlüyə 6300 lirəlik protokol tərtib edilib.