Futbol kralı Pele hazırda dünyanın ən yaxşı futbolçusunun "Yuventus"lu Kriştianu Ronaldo olduğunu bildirib.

Unikal.org xəbər verir ki, braziliyalı canlı əfsanə Portuqaliya millisinin kapitanını hətta "Barselona"lı Lionel Messidən də üstün tutub.

80 yaşlı üçqat dünya çempionu bunu Ronaldonun stabilliyi ilə əlaqələndirib: "Düşünürəm ki, Kriştianu Ronaldo hazırda dünyanın ən yaxşısıdır. O, ən stabil oyunçudur. Ancaq təbii ki, Messini də unutmaq olmaz".

Pele futbol tarixinin ən yaxşısı kimi isə özünü göstərib: "Çətin sualdır. Ziko, Ronaldinyo, Ronaldo, avropalılardan Bekkenbauer, Kroyffu unutmamalıyıq. Bu mənim günahım deyil, ancaq fikrimcə, Pele hamısından yaxşı idi. Çünki onları mənimlə müqayisə edirlər".