Sumqayıtda avtomobildən oğurluq edən şəxslər saxlanılıb.

Bu barədə Unikal.org-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində R.Bədəlovun “Mercedes” markalı avtomobilindən 500 manat və sənəd oğurlamaqda şübhəli bilinən Sumqayıt sakini B.Əbilov, Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İ.Salayev və Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş E.Tağızadə saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.