Koronavirus pandemiyasının kəskin şəkildə yayıldığı ölkələrdən olan İsveçrədə klublar radikal qərar qəbul etməyə başlayıb.

Unikal.org xəbər verir ki, bu baxımdan ilk addımı atan "Sion" futbolçularla müqaviləni ləğv edib.

Klub prezidenti Kristian Konstantin əvvəlcə oyunçulardan maaşlarında endirimə razı olmalarını istəyib. Lakin futbolçular buna müsbət cavab verməyib. Klub rəhbəri də vəziyyətdən çıxış yolunu onların hamısı ilə sözləşməni müvəqqəti olaraq pozmaqda görüb.

Qeyd edək ki, buna qədər futbolçularının maaşını 50 faiz azaldan ilk klub Şotlandiya təmsilçisi "Harts" olub.