Bütün dünyaya yayılan koronavirus təhlükə saçmağa davam edir. 

Unikal.org xəbər verir ki, virus səbəbindən vətəndaşlar evə qapanır, sabaha sağlam qalmaq üçün dua edir.

Ancaq nədənsə bu təhlükə zəngin övladlarının vecinə də deyil. Bütün dünya ölkələrində yaşayan və "instagram"da məşhur olan zəngin ailələrin övladları maraqlı fotolar paylaşaraq lüks həyatlarını nümayiş etdirirlər. 

Bəzi varlılar isə qeyri-adi "lüks karantinlər"də paylaşımları ilə diqqət çəkir. 

Onlar "internetin zəngin uşaqları" (Rich Kids of Internet) adlanır.