Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 2 əməkdaşı koronavirusa yoluxub.

Unikal.org xəbər verir ki, bu barədə təşkilatın sözçüsü Kristian Lindmayer məlumat verib.

“Əməkdaşlarımız ofisdən ayrıldıqdan sonra onlarda evdə xəstəliyin simptomları aşkarlanıb və bunun COVID-19 olduğu təsdiqlənib. 2 əməkdaşımızın koronavirusa yoluxduğu aydınlaşıb”, - o qeyd edib.