Çində meydana gələn və sürətlə dünyaya yayılan yeni növ koronavirusdan (Covid-2019) ən çox ölümün yaşandığı 3-cü ölkə olan İranda xalq maraqlı addım atıb.

Unikal.org xəbər verir ki, virusdan qorunmaq səbəbi ilə evlərindən çıxmayan insanlar bir-birilərinə dəstək olmaq üçün pəncərələrdən ölkənin himnini oxuyublar. Bir müddət öncə İtaliyada da buna bənzər hadisə yaşanmışdı.