ABŞ-ın Luiziana ştatında əyləncə məkanlarının çox olduğu küçələrin birində toplu şəkildə gəzən insanlara xəbərdarlıq edilib.

Unikal.org Amerika KİV-ə istinadən xəbər verir ki, əyləncə məkanları ilə məşhur olan "Burbon" küçəsində 5 polis avtomobili həmin ərazidən aşağı sürətlə keçərkən insanlara anons edib. 

Məlumata görə, insanlara "Böyük qrupların birlikdə toplanması qadağandır. Etdikləriniz xalqın sağlamlığını təhlükə altına atır. Sizdən küçələri tərk etmənizi, evinizə və ya otelinizə geri qayıtmağınızı istəyirik" sözləri deyilərək xəbərdarlıq edilib.

Qeyd edək ki, ABŞ-da koronavirus səbəbindən dünyasını dəyişənlərin sayı 69-a yüksəlib. Virusa yoluxanların ümumi sayı isə 3774 nəfər olaraq açıqlanıb.