Gürcüstanda ABŞ dollarının milli valyuta olan lariyə münasibətdə bahalaşması davam edir.

Unikal.org xəbər verir ki, Gürcüstan Milli Bankının martın 17-nə müəyyən etdiyi rəsmi məzənnəyə əsasən, 1 ABŞ dolları 3,0118 lari təşkil edəcək.

Əvvəlki məzənnə ilə müqayisədə dollar 0,0176 lari bahalaşıb. Avronun qiymətində də artım qeydə alınıb.