Türkiyənin məşhur “Qurdlar Vadisi” serialının aktyoru Polad Alemdar obrazı ilə yaddaşlara həkk olan Necati Şaşmaz yaxın günlərdə Ukraniyadan qayıtdığı üçün karantin altına alınıb. 

Unikal.org məlumat verir ki, boşanma ərəfəsində olan Necati Şaşmaz karantində olduğu üçün həyat yoldaşı Nagehan Kaşıkçı Şaşmaz tərəfindən övladlarını görə bilməyib.

Lakin, məşhur aktyor karantində olmasına baxmayaraq hüquqi yolla polis və vəkilin müşayiəti ilə uşaqlarını görə bilib.