Türkiyədə uzun illər yayımlanan məşhur  “ Çoçuklar duymasın” serialının  “Hüseyn abi”si kimi tanınan Alparslan Özmolun haqqında ölüm xəbəri hamını üzüb. 

Unikal.org xəbər verir ki,  sosial şəbəkənin aktiv istifadəçisi olan  Alparslan Özmolun haqqında virusdan öldüyü barədə paylaşım olub.

Belə ki, tvitterdə “öldü” başlığı ilə: “Çayçı Hüseyin, koronovirusdan öldü” paylaşılan xəbərdə  aktyorun koronavirusdan öldüyü iddia edilib. 

Qeyd edək ki, aktyorun ölüm xəbəri “Twitter”də trend halına gəlib.