İlk dəfə olaraq Çinin Vuhan şəhərində meydana çıxan yeni tipli koronavirus (Covid-2019) sürətlə dünyaya yayılmağa davam edir.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Avropada isə ən çox bu virusa yoluxanların olduğu ölkə İtaliyadır. İtaliyada artıq koronavirusdan ölənlərin sayının 12 nəfərə çatdığı bildirilib. 
İtaliyanın şimalına tətil üçün gələn bir müəllim ölkəsi Avstriyaya geri dönüb və onun işlədiyi məktəb karantin altına alınıb. Məktəbin girişi polis tərəfindən bağlanıb.