Qəbələ rayonunda dəm qazından zəhərlənmə olub.

Unikal.org APA-ya istinadən xəbər verir ki, Qəbələ şəhər sakini, 2005-ci il təvəllüdlü Yusifova Aytəkin Surxay qızı yaşadığı evdə kustar üsulla quraşdırılan qızdırıcının içəri buraxdığı dəm qazından zəhərlənib.

O, təcili olaraq Qəbələ rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə çatdırılıb.