Dənizkənarı Milli Park ərazisində dənizdə intihar edən Günel Rzayeva Azərbaycan Tibb Universitetinin (ATU) tələbəsidir.

Unikal.org-un xəbərinə görə, 1994-cü il təvəllüdlü G.Rzayeva 2017-ci ildə 667 balla Tibb Universitetinə qəbul olub.

Hazırda onun meyiti axtarılır.

*** 13:51

Bakıda sevgililərin qovuşmasına razılıq verilməməsi sonda ölümlə nəticələnib.

Unikal.org xəbər verir ki, bu gün səhər saatlarında bir nəfərin Bakı bulvarında dənizə düşməsi barədə yayılan rəsmi açıqlamanın detalları məlum olub.

Belə ki, Sabirabad rayonun Qardaşlı kənd sakinləri olan 1995-ci il təvəllüdlü Balahüseyn Məmmədov Zöhrab oğlu və 1998-ci il təvəllüdlü Nəzakət Rzazadə Müğdət qızı bir-birilərini seviblər.

Lakin ailələr onların birlikdə olmasına razı olmayıb. Buna görə də cütlük Bakıda bulvarda görüşüb.

İlk olaraq Nəzakət Rzazadə intihar etmək məqsədi ilə özünü dənizə atıb. Sevgilisini xilas etmək istəyən Balahüseyn Məmmədov da onun arxasında özünü suya atıb. Lakin N.Rzazadə hadisə nəticəsində suda boğularaq vəfat edib. B.Məmmədov isə xilasedicilər tərəfindən sudan sağ çıxarılıb.

Faktla bağlı araşdırma aparılır.

12:06 (əvvəl)

***

13:51 (yenilənib)

Bu gün səhər saatlarında Bakı Bulvarında baş verən intihar hadisəsi ilə bağlı görüntülər yayılıb.

Unikal.org BakuPost-a istinadən xəbər verir ki, görüntülədə sudan çıxarılan oğlan ölən sevgilisi üçün ağlayır, sağ qalmaq istəmədiyini deyir.

Sabirabad rayon sakini 1998-ci il təvəllüdlü Rzazadə Nəzakət Muğdət qızı və 1995-ci ildə anadan olmuş Məmmədov Babahüseyn Zöhrab oğlu özünü dənizə atıb. Bakı Bulvar İdarəsinin mühafizəçiləri – Bayram Əliyev və Namiq Mahmudov 25 yaşlı oğlanı sudan çıxararaq xilas etmək mümkün olsa da, gənc qız boğularaq ölüb.

İlkin araşdırmalar zamanı məlum olub ki, bir-birini sevən gənclər ailələrinin razılığa gəlməmsi səbəbindən evlənə bilməyiblər. Bundan sonra onlar Bakıya gələrək görüşüblər və Bulvar ərazisində olarkən əvvəlcə N.Rzazadə, daha sonra isə B.Məmmədov özünü dənizə atıb.