ABŞ-ın Kolorado ştatında gəzintidə olan ailə qorxulu anlar yaşayıb. 

Unikal.org xəbər verir ki, gəzinti zamanı ailəsinin yanında olan 5 yaşlı qıza “Terrier-öküz” cinsində olan köpək hücum edib. Ətrafdakı insanların köməyi ilə azyaşlı qızı köpəyin əlindən çətinliklə də olsa  xilas etməyə çalışıblar. Köpəyin dişləri arasında qalan 5 yaşlı qız xilas edildikdən sonra  xəstəxanaya yerləşdirilib. 

Qeyd edək ki, hücum anı küçədəki müşahidə kameralarına əks olunub. 

Gülayə Mecid