İraqda koronavirasudan ilk yoluxma halı qeydə alınıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, COVİD-19 virusu İrandan bu ölkəyə gələn tələbədə tapılıb.

Fevralın 22-də İraq ölkə ərazisinə İrandan vətəndaşların girişinə qadağa qoyub. Yalınz İranda səfərdə olan iraqlıların geri dönüşünə icazə verilmişdi. Bundan öncə, Küveyt və Əfqanıstanda bu xəstəliyin mövcudluğu təsdiqlənmişdi.