Çində koronavirusdan ölənlərin sayı 2592 nəfərə yüksəlib. 

Unikal.org TASS-a istinadən xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Səhiyyə məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb. Qeyd edilir ki,  24 734 nəfər sağalaraq xəstəxanalardan evə buraxılıb. Son bir gündə virusdan 150 ölüm halı qeydə alınıb. 

Hazırda Çində  koronavirusa yoluxanların sayı 77 150 nəfər təşkil edir.