Mərkəzi Seçki Komissiyasının (MSK) bu günkü iclasında fevralın 9-da Milli Məclisə keçirilən seçkilərlə əlaqədar 18 saylı Nərimanov-Nizami seçki darəsi ilə bağlı müraciətə baxılıb.

Unikal.org xəbər verir ki, iclasda bildirilib ki, müraciətdə həmin dairə üzrə bir sıra seçki məntəqələrində qanun pozuntusuna yol verildiyi iddia edilib.

MSK üzvü İlham Məmmədov bidirib ki, araşdırmalar zamanı qeyd olunan pozuntu halları yalnız 10 saylı seçki məntəqəsndə öz təsdiqini tapıb. İ.Məmmədov qeyd edib ki, həmin seçki məntəqəsində seçicilərin iradəsinə təsir edəcək hallar müşahidə olunub. O, həmin məntəqədə səsvermənin nəticələrinin ləğv olunmasını təklif edib. Təklif səsə qoyularaq qəbul olunub.

Qeyd edək ki, həmin dairə üzrə lider namizəd Rasim Musabəyovdur.