Saat 09:52-də Naxçıvan stansiyasından 110 km cənub-qərbdə Türkiyə-İran sərhədində zəlzələ qeydə alınıb.

Unikal.org Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, zəlzələ Naxçıvan Muxtar Respublikası ərazisində 3-4 bala qədər hiss edilib.

Qeyd edilir ki, 5,8 maqnitudalı zəlzələ ocağının dərinliyi 10 kilometr olub.