İtaliyada yeni növ koronavirusa yoluxma nəticəsində ikinci ölüm hadisəsi qeydə alınıb.

Unikal.org RİA “Novosti”yə istinadən xəbər verir ki, ölümcül infeksiyanın qurbanı bu dəfə Lombardiya əyalətində yaşayan qadın olub.

Qeyd edək ki, fevralın 21-də Veneto vilayətinin Paduya şəhərində virusa yoluxmuş 78 yaşlı kişi ölüb. Onunla birlikdə 67 yaşlı kişi də yüksək hərarətlə xəstəxanaya yerləşdirilib.

İtaliyadakı tibb müəssisələrindən alınan son məlumatlara görə, hazırda 29 nəfər koronavirusa yoluxub: 27 hadisə Lombardiyada, 2 hal isə Venetoda qeydə alınıb.