Tovuzda usta ehtiyatsızlıq nəticəsində ölüb.

Unikal.org qafqazinfo-ya istinadən xəbər verir ki, rayonun Əyyublu kəndində 53 yaşlı İlham Əlirzayev işlədiyi sexdə avtomobilin təkərini təmir edən zaman şin partlayıb. Hadisə zamanı xəsarət alan usta ölüb.

Faktla bağlı araşdırma aparılır.