Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov fevralın 19-da Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yanında “ASAN xidmət” Mərkəzinin yaradılması haqqında Sərəncam imzalayıb.

Unikal.org-un məlumatına görə, sərəncamla Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yanında “ASAN xidmət” Mərkəzi yaradılacaq.

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti “ASAN xidmət” Mərkəzinin Əsasnaməsini və ştat strukturunu hazırlayıb təsdiq etməli, bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.