ABŞ-da 1957-ci ildə itirilən bir çanta məktəbdə tapılıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Ohayo ştatında baş verib. "Şimali Kanton" məktəbində mühafizəçi olan Ças Pile 63 il öncə itirilən çantanın şkafın arxasında tapıb. Çantanın içərisindən çıxanlar araşdırıldıqdan sonra onun Patti Rumfolaya aid olduğu məlum olub. 

Çantasını 1957-ci ildə itirən qadın 2013-cü ildə dünyasını dəyişib, lakin məktəb çantanı geri vermək üçün onun övladları ilə əlaqə qurub. Uzun illər öncə itən çantanın içərisindən sahibinin şəxsiyyət vəsiqəsi, müxtəlif klublara üzvlük kartları, ailəsinin fotoları və dəmir pullarla yanaşı arxasında məktub olan foto da tapılıb. Fotonun arxasında "Patti, möhtəşəm sevgilimə uğurlar. Birlikdə keçirdiyimiz gözəl anları heç vaxt unutma. Ümid edirəm ki, bir-birimizdən ayrı düşsək də həmişə dost qala bilərik. Bonnie, '56." yazılıb.