Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 29 saylı Səbail seçki dairəsindən qeydə alınmış namizəd Bəxtiyar Hacıyevin şikayətinə baxılıb.

Unikal.org xəbər verir ki şikayət barədə MSK üzvü Ramiz İbrahimov məlumat verib.

O bildirib ki, şikayətçi həmin dairənin nəticələrinin ləğv olunmasını tələb edib: "Deputatlığa namizədliyi qeydə alınan Bəxtiyar Hacıyevin şikayətində 22 seçki məntəqəsinin nəticələrinin ləğvi tələb olunur. Şikayət ətraflı şəkildə araşdırılıb. Bəlli olub ki, ləğvi tələb olunan məntəqələrin əksəriyyətində iddia olunan pozuntular seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verir. Ancaq 1, 5, 9, 15, 17 və 25 saylı məntəqələrdə pozuntuların olduğu nəzərə alaraq nəticələri ləğv olunsun və şikayətçinin müraciəti qismən təmin olunsun".

Qərar səsverməyə çıxarılaraq qəbul edilib.