Gəncədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə Gəncə İdman Kompleksinin qarşısında qeydə alınıb.

İlkin məlumata görə, iki minik avtomobilinin toqquşması nəticəsində 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.