Gürcüstanın Qardabani rayonunun azərbaycanlıların yaşadığı Qaracalar kəndində mərkəzi yolun kənarında yanmış avtomobil aşkar olunub.

Unikal.org xəbər verir ki, maşında kişi meyiti tapılıb.

Avtomobilin taksi kimi fəaliyyət göstərdiyi bildirilir.

Hadisənin bədbəxt hadisə və ya qətl olması hələ məlum deyil. Maşının ətrafında yerdə qan izləri müəyyən olunub.

Hadisə yerinə ekspert-kriminalistlər cəlb olunublar. Nəqliyyat vasitəsi ekspertiza bürosuna aparılıb.