Çində koronavirusun yeni ştammına (COVID-2019) yoluxanların sayı 70 548 nəfərə çatıb. 

Unikal.org xəbər verir ki, bu barədə ÇXR-in Gigiyena və Səhiyyə məsələləri üzrə Dövlət Komitəsinin məlumatında deyilir. 

Məlumata görə, koronavirusa yoluxanların 1 770 nəfəri ölüb, 10 844 xəstə sağalıb və xəstəxanalardan evə buraxılıb.