Şəmkirdə baş vermiş ağır yol qəzası nəticəsində dünyasını dəyişən şəxslərin adları məlum olub.

Unikal.org apa-ya istinadən xəbər verir ki, bunlar 1987-ci il təvəllüdlü Həsənov Əli Mürsəl oğlu və 1985-ci il təvəllüdlü Aslanov Elmədin Mehbalı oğludur.

Yol-nəqliyyat hadisəsi nəticəsində, həmçinin 4 nəfər - 1984-cü il təvəllüdlü Ağalarov Şahin Əbülfəz oğlu, 1998-ci il təvəllüdlü Əsgərov Anar Mirzə oğlu, 1998-ci il təvəllüdlü Həsənov Elvin Bayram oğlu və 1998-ci il təvəllüdlü Mərdanov Fərid Arzu oğlu xəsarət alaraq Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Məlumata görə, yol qəzası zamanı iki "Mercedes" markalı minik maşını toqquşub.

22:31

xxx

Şəmkirdə ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun Əliyaqublu kəndindən keçən hissəsində qeydə alınıb. Avtoqəza nəticəsində 2 nəfər ölüb, 4 nəfər isə xəsarət alıb.

Hazırda hadisə yerinə təcili tibbi yardım briqadası və DYP əməkdaşları cəlb olunub.

Təfərrüatlar araşdırılır.