Almaniyanın paytaxtı Berlində silahlı atışma olub.
Unikal.org
xəbər verir ki, insident Türkiyənin "Güldür Güldür Show" komediya şousunun keçirildiyi məkanın yaxınlığında baş verib.

Bildirilir ki, konsertdən çıxan şəxslərə 15 nəfərlik dəstə hücum çəkib. Tərəflər arasındakı atışma zamanı 1 nəfər ölüb, 4 nəfər yaralanıb.
Hər iki dəstədə yer alanların türklər olduğu deyilir.