Şəmkir rayonunda avtomobil qəzası baş verib.

Unikal.org xəbər verir ki,  hadisə Bakı-Qazax avtomobil yolunun Şəmkir rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Əraziyə Dövlət Yol Polisi əməkdaşları və təcili tibbi yardım maşınları cəlb olunub. Hadisə zamanı xəsarət alanların olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.