Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 15-də Münxendə Beynəlxalq Böhran Qrupunun prezidenti və baş icraçı direktoru Robert Malley ilə görüşüb.

Unikal.org-un xəbərinə görə,  görüşdə dövlətimizin başçısı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli ilə bağlı ölkəmizin mövqeyini bir daha qeyd etdi. Prezident İlham Əliyev bildirdi ki, münaqişə yalnız beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri və ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində və ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır.

Söhbət zamanı Beynəlxalq Böhran Qrupu tərəfindən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müxtəlif hesabatların hazırlandığı qeyd olundu. Hazırlanmış son hesabatlarda Azərbaycanın işğal edilmiş ərazilərində qeyri-qanuni fəaliyyətlər, eyni zamanda, Ermənistanın apardığı qeyri-qanuni məskunlaşma siyasəti ilə əlaqədar məsələlərin əks olunmasının vacibliyi vurğulandı.

Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə dair və qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparıldı.
 

12:12 - TAM YENİLƏNMƏ 15:06

***

12:22

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 15-də Münxendə Dünya Bankının icraçı direktoru Aksel van Trotsenburq ilə görüşüb.