Zaqatala rayonunda beşmərtəbəli yaşayış binasında yanğın olub.

Unikal.org FHN-ə istinadən xəbər verir ki, Zaqatala rayonunda beşmərtəbəli yaşayış binasının zirzəmisində 1 m² sahədə karton və taxta tullantıları yanıb.

Yanğın zamanı 3-ü azyaşlı olmaqla 18 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.