İraqın şimalında yerləşən hərbi baza raket hücumuna məruz qalıb.

Unikal.org xəbər verir ki, bu barədə "Sky News Arabia" telekanalı təhlükəsizlik qüvvələrindəki mənbəyə istinadən məlumat yayıb.

Raket atəşinə məruz qalan hərbi bazada ABŞ hərbçilərinin olduğu bildirilib. Hələlik rəsmi qurumlar hadisə barədə məlumat yaymayıblar.