Çində koronavirusdan qorunmaq üçün təmizlik işlərinə başlanılıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Vuhan şəhəri başda olmaqla Çinin bir çox şəhərində təmizlik və dərmanlama işləri aparılır. Dərmanlama üçün xüsusi maşınlardan istifadə olunduğu və qoruyucu paltar geyinmiş şəxslərin fərdi olaraq küçələri təmizlədiyi bildirilib.