Çinin Vuhan şəhərində ortaya çıxan və sürətlə yayılan koronavirusdan daha bir ölüm hadisəsi qeydə alınıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu dəfə Yaponiyada bir nəfər koronavirus səbəbindən dünyasını dəyişib. Bu, Yaponiyada dəhşətli virus səbəbindən ilk ölüm hadisəsi olaraq qeydə alınıb.

Dünyada eyni səbəbdən dünyasını dəyişənlərin sayı 1368-ə, virusa yoluxanların sayı isə 59 min 883-ə çatıb.