12-13 fevral tarixlərində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində “Ümumdünya İrs Şəhərləri Təşkilatı”nın Şimali və Qərbi Avropa üzrə koordinatoru Matthias Ripp tərəfindən “Ziyarətçi İdarəetməsi” mövzusunda beynəlxalq təlim keçirilib. 

Unikal.org xəbər verir ki, təlimin məqsədi Qoruq İdarəsinin tabeliyində olan muzeylərin və turizm şöbəsinin əməkdaşlarını muzey bələdçiliyinə və yaradıcı turizm xidmətlərinə dair qabaqcıl təcrübə ilə tanış etməkdir. Belə ki, təlim çərçivəsində təlim iştirakçılarına üç mövzuda –yaradıcı turizm xidmətlərinin inkişaf etdirilməsi, muzeylərdə hekayə və nəqletmə və ziyarətçi idarəetməsi haqqında qabaqcıl təcrübəyə əsaslanan bilgilər verilib. Təlimin son günü isə iştirakçılara sertifikatlar təqdim edilib.