ABŞ-ın Kaliforniya əyalətində, aralarında 24 yaş fərq olmasına baxmayaraq bacı kimi görünən ana-qız görənləri şok edir.

Unikal.org xəbər verir ki, Kaliforniyada yaşayan 43 yaşındakı müəllim Joleen Diaz (solda) və 19 yaşındakı qızı Meilani Parks, (sağda) yalnız yaş olaraq çox oxşar görünməklə qalmır, eyni zamanda ən yaxın dost kimi bir-birlərini çox yaxşı başa düşürlər.

İnsanlar mütəmadi olaraq ana Joleeni 19 yaşlı qızı Meilaninin bacısı olduğunu düşünürlər.

43 yaşındakı subay ana Joleen, dərisinin belə saf və gənc qalmasının səbəbi 12-13 yaşından bəri özünə yaxşı baxmaqdan qaynaqlandığını söyləyib.

Xüsusilə pis vərdişlərdən uzaq olduğunu ifadə edən Joleen, qızını belə böyütdüyünü bildirdi.

Joleen, "Hər zaman sağlam və aktiv bir həyatım oldu. Nadir olaraq spirt qəbul edirəm. Çox dincəlirəm və balanslı, sağlam pəhriz saxlayıram".

"Dərimə çox diqqət göstərirəm. Hər səhər oyanar-oyanmaz və hər gecə yatmadan əvvəl üzümü saf su ilə yaxşıca təmizləyirəm".

"Buludlu, yağışlı günlərdə belə qətiliklə günəş kremi istifadə edirəm. Ayrıca gecə gündüz C vitamini qəbul etməkdə gecikdirmirəm".

Joleen, "Hər zaman çox dərin düşünmənin yaxşı bir şey olmadığını erkən yaşda anladım. Zehini həmişə gənc saxladım".

Joleen: "Yaxşı bir dəriyə sahib olmaq, mənə ən pis günümdə belə güvən verir". Demək olar ki, hər şeyi birlikdə etdiklərini bildirən ana və qızı həyatın kefini belə çıxarırlar.