Azərbaycanda Qida Təhlükəsizliyi Klinikasının yaradılması nəzərdə tutulub.

Unikal.org xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Yeni Azərbaycan Partiyasında keçirdiyi brifinqdə deyib.

O bildirib ki, AQTA-nın yaradacağı klinikanın nəzdində “Biotəhlükəsizlik və Xəstəliklərdən Qorunma Mərkəzi” və “Toksikoloji və Kimyəvi Təhlüksəzilik Mərkəzi” fəaliyyət göstərəcək.

Sədrin sözlərinə görə, Biotəhlükəsizlik və Xəstəliklərdən Qorunma Mərkəzi ölkənin biotəhlükəsizlik statusunun mütəmadi nəzarətdə saxlanılması, ölkə xaricində və ya daxilində ortaya çıxan biolojik təhlükə qaynaqlarının araşdırılması, qiymətləndirilməsi, önləyici tədbirlərin hazırlanması, biolojik agent qaynaqlı böhran vəziyətində müvafiq koordinasıyanın həyata keçirilməsi, ölkənin biotəhlükəsizlik statusuna təhdid ola biləcək biolojik agentlərdən qorunma məqsədi ilə elmi-praktiki tədqiqatlarının aparılması, biolojik agent qaynaqlı alovlanmaların mənşəyinin təyin edilməsi, önləyici tədbirlərin alınması məqsədi ilə genom xəritəsinin təyin edilməsi və müvafiq biotexnoloji metodların tətbiq edilməsi üzrə fəaliyyət göstərəcək.