Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan AK Partiyanın növbəti iclasında çıxış edərkən vətəndaşlardan biri ayağa qalxaraq “Uşaqlarım acdır, mənə kömək edin” deyə qışqırmağa başlayıb.

Unikal.org xəbər verir ki, daha sonra o prezidentə müraciətlə sözlərinə belə davam edib:

“Hörmətli Prezident, mən 15 iyulda iştirak etdiyimə görə, işdən çıxarıldım, övladlarım acdır, mənə kömək edin”.

Bu zaman həmin şəxs  salondakılardan tərəfindən susdurulub. Ərdoğan FETÖ ilə bağlı çıxışına davam edib.

 

Gülayə Mecid