Müxalif partiyalar və bəzi müstəqil namizədlər fevralın 9-da keçirilmiş parlament seçkilərinə etiraz etmək üçün mitinqə hazırlaşır.

Unikal.org
xəbər verir ki, bu barədə Müsavat partiyasının başqanı Arif Hacılı sosial şəbəkədəki hesabında məlumat verib.

Bildirib ki, Müsavat, Real partiyaları, D 18 təşkilatı və müstəqil namizədlər seçki saxtakarlıqlarına qarşı Bakı şəhərində birgə mitinq keçirmək barədə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib.

Məktubda fevralın 16-ı saat 15.00-dan 17.00-dək metronun 28 May stansiyasının qarşısında mitinq keçirmək üçün icazə verilməsi istənilib.

O, həmin müraciətin süərtini də paylaşıb: