Amerika kino ulduzu Bred Pitt Amerika Kino Sənəti Akademiyasının “Oskar” mükafatını qazanıb.

Unikal.org xəbər verir ki, bütün aktyorların arzusu olan bu mükafata aktyor “Bir dəfə Hollivudda” filmindəki ikinci dərəcəli roluna görə layiq görülüb.

Mükafatın 92-ci təqdimetmə mərasimi Los-Ancelesin “Dolbi” teatrında keçirilib.

İkinci dərəcəli rola görə mükafata layiq görülənlər arasında, həmçinin Tom Henks (“Qonşuluq üzrə çox gözəl gün”), Al Paçino (“İrlandiyalı”), Co Peşi (“İrlandiyalı”) və Entoni Xopkins (“İki ata”) də var.