ABŞ-ın "AJf & Associates Inc." şirkəti Azərbaycan Milli Məclisə keçirilən seçkilərlə bağlı apardıqları "exit-poll"un nəticələrini açıqlayıb.

Unikal.org xəbər verir ki, şirkətin vitse-prezidenti Corc Börnbaun bunun Azərbaycanda keçirdikləri sayca 5-ci "exit poll" olduğunu deyib.

O bildirib ki, sorğular 1053 seçki məntəqəsində aparılıb: "Nəticələr 47 sahə nəzarətçisinə artıq təqdim edilib. Nəticələr Nyu-Yorkdakı ofisimizə çatdırılıb. Gün ərzində 76 min müsahibə aparılıb. Hər məntəqə üzrə təxminən 640-650 sayda müsahibə düşüb".

C.Börnbaun deyib ki, bunun rəsmi nəticələrdən cüzi fərq ola bilər.

Şirkətin sorşusunun nəticələrinə görə hkaim Yeni Azərbaycan Partiyası Milli Məclisdə 69 yer qazanıb. Parlamentə seçilən deputatların 41-i müstəqil şəxslərdir. 

Vətəndaş Həmrəyliyi Partiyası 3, Demokratik İslahatlar Partiya 1, Böyük Quruluş Partiyası 1, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası 1, Azərbaycan Demokratik İslahatlar Partiyası 1, Vəhdət Partiyası 1, Vətəndaş Birliyi Partiyası 1 mandat qazanıb.  

"Exit-poll" Naxçıvandakı 7 dairə istisna olmaqla 118 seçki dairəsində aparılıb.