Tovuz rayonunda bıçaqlanma hadisəsi baş verib.

Unikal.org xəbər verir ki, Tovuz rayon sakini, 1969-cü il təvəllüdlü Vidadi Dilənov mübahisə zəminində bir neçə bıçaq yarası alıb və xəstəxanaya yerləşdirilib. 

Hadisəni törədən şəxs rayon ərazisində "Con" ləqəbi ilə tanınan keçmiş məhkum Tariyel Tağıyevdir. 

O, polis əməkdaşları tərəfindən saxlanılıb. 

Faktla bağlı araşdırma aparılır.