Bakıda neft quyularının elektrik naqillərini oğurlayanlar tutuldu.

Unikal.org DİN-ə istinadən xəbər verir ki, Binəqədi RPİ 43-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində neft quyusunu elektrik enerjisi ilə təmin edən naqilin 10 metrlik hissəsini kəsərək oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri S.Orucov və S.Səfərov saxlanılıb.