Qazaxda orta məktəbdə bıçaqlanma hadisəsi baş verib.  

Unikal.org APA-ya istinadən xəbər verir ki, hadisə şəhər 1 saylı orta məktəbdə qeydə alınıb.

Məktəbin doqquzuncu sinif şagirdi Məhəmməd Qasımov dərs vaxtı onuncu sinif şagirdi, 2004-cü il təvəllüdlü Nihat Rəşad oğlu Əliyevi bıçaqlayıb.

Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.