“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətin sabiq sədr müavini Cavanşir Cahangirov dünyasını dəyişib.

Unikal.org-a yaxınlarının verdiyi məlumata görə, mərhum uzun müddət xəstəlikdən sonra bu gün səhər saatlarında müalicə aldığı 1 saylı Şəhər Klinik Xəstəxanada vəfat edib. 

Allah rəhmət eləsin.

Cavanşir Muradxan oğlu Cahangirov 30 oktyabrda 1955-ci ildə Bakıda anadan olub. 2009-cu ildən 2015-ci ilə kimi "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini vəzifəsində çalışıb.